Ekoaksiya: Səhər saatlarında 9 avtomobilin ərazidən keçidi təmin olunub

A- A A+

Bu gün də Rusiya sülhməramlılarına aid avtomobillərin azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən keçidinə şərait yaradılır.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, sülhməramlılara məxsus 2 yük, 2 minik avtomobili olmaqla 4 avtomobil Xankəndidən gələrək Laçın istiqamətinə gedib.

Ekoaksiyanın 76-cı günündə nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.

Xatırladaq ki, bundan öncə Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid 5 avtomobil Xankəndidən Laçına gedib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: