TÜRKPA: İllər keçsə də, Xocalı soyqırımı qurbanlarının xatirəsi qəlbimizdə yaşayır

A- A A+

İllər keçsə də, Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmur, düşüncələrimizdə, qəlbimizdə yaşayır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanatında deyilir.

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı ağlasığmaz qəddarlıqla törədilmiş tarixin ən qanlı cinayətlərindən biri olan Xocalı qətliamından 31 il keçir.

Azərbaycanın Xocalı şəhərinə hücum nəticəsində yüzlərlə günahsız Azərbaycan vətəndaşı, o cümlədən qocalar, qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilib, girov götürülüb.

İllər keçsə də, Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmur, düşüncələrimizdə, qəlbimizdə yaşayır. TÜRKPA Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onların ruhuna rəhmət diləyir, Azərbaycan xalqına və hökumətinə dəstəyini davam etdirir”, - bəyanatda qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: