Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

A- A A+

31 il əvvəl Xocalıda qətlə yetirilən azərbaycanlı qardaş və bacılarımızın acısını hələ də qəlbimizdə hiss edirik. Biz tarixə qara ləkə kimi düşmüş insanlığa qarşı bu cinayəti pisləyirik.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərinə həyata keçirdiyi hücumlarda 613 dinc azərbaycanlı, o cümlədən çoxlu sayda qadın, uşaq və yaşlı öldürülüb, yüzlərlə Azərbaycan vətəndaşı yaralanıb, mindən çox adam əsir götürülüb.

“Xocalı faciəsində həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bir daha başsağlığı veririk”, - bəyanatda deyilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: