Növbəti avtomobil karvanının aksiya ərazisindən keçidinə şərait yaradılıb

A- A A+

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən sərbəst hərəkət edirlər.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Laçından Xankəndi istiqamətində hərəkət edən sülhməramlılara məxsus 7 təminat avtomobilinin aksiya ərazisindən sərbəst keçidi təmin olunub.

Bu, bir daha onu göstərir ki, aksiya heç də siyasi xarakter daşımır və Laçın-Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: