Almaniyada fəaliyyət göstərən Azərbaycan icması Berlin şəhərində, Brandenburq qapıları önündə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş fləş-mob keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fləş-mob zamanı 613 ədəd şamdan istifadə olunmaqla Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Aksiyada ziyarətçilərə Xocalı soyqırımına dair buklet və flayerlər paylanılıb, insanlığa qarşı törədilmiş bu ağır cinayətlə bağlı ətraflı məlumat verilib.