İrəvan şəhərinin adının dəyişdirilməsi ilə bağlı sənəd ortaya çıxıb

A- A A+

SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1936-cı ildə İrəvan şəhərinin adının dəyişdirilməsi ilə bağlı sənədi ortaya çıxıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sənəddə SSRİ-nin bir sıra subyektlərində ad dəyişikliyi öz əksini tapıb.

Dəyişikliyə əsasən, İrəvan şəhəri həmin tarixdən etibarən Yerevan adlandırılıb.

Siyahıda qədim Tiflis şəhərinin də adı yer alıb. Şəhər məhz 1936-cı ildən sonra Tbilisiyə çevrilib. Gürcüstanın Borjom şəhəri də dəyişikliyə məruz qalaraq Borjomi olub.

Bundan başqa, Abxaziyanın Batum, Acarıstanın Suxum şəhərləri də Batumi və Suxumi adlandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: