Sergey Lavrov: Naxçıvana yolun açılması ilə bağlı konkret nəticələrin əldə edilməsinə ümidliyik

A- A A+

Azərbaycanın, Rusiyanın və Ermənistanın səlahiyyətli şəxsləri işçi qrupu səviyyəsində konkret nəticələr əldə edəcəklər. Dəmir yolunun işə salınması, o cümlədən Naxçıvana yolun açılması ilə bağlı konkret nəticələrin əldə edilməsinə ümidliyik.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə fevralın 28-də keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün dəstək göstərməyə hazırdır. Həmçinin “3+3” formatında da dialoqa əlavə dəstək göstərilə bilər.

“Biz eyni zamanda Xəzər dənizində olan beşlik formatında, MDB, BMT və digər fərqli ixtisaslaşmış təşkilatlarla işləmək barədə qərara gəldik”, - deyə Rusiyanın xarici işlər naziri vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: