Sergey Lavrov Ceyhun Bayramovu Rusiyaya səfərə dəvət edib

A- A A+

Həm neft, yanacaq, həm də sənaye sahəsində böyük işlər görürük. Rusiyanın enerji operatorları fəal şəkildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə qoşulmağa hazırdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla fevralın 28-də Bakıda keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

“Biz ötən il Ceyhun Bayramovla iki dəfə görüşmüşük. Müzakirələrdə Cənubi Qafqazda sülh quruculuğu ilə bağlı bir çox məsələləri də müzakirə etmişik”, - deyən Rusiyanın xarici işlər naziri azərbaycanlı həmkarını Rusiyaya səfərə dəvət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: