Füzulidə mina axtarışları zamanı insana məxsus olması ehtimal edilən sümüklər aşkarlanıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Baş Prokurorluqdan məlumat verilib.
Qeyd olunub ki, martın 1-i Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində minatəmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.