BMT Baş Assambleyası prezidentinin ölkəmizə səfəri başa çatıb - FOTOLAR
BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösinin Azərbaycana səfəri martın 3-də başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər yola salıblar.