Moldova mətbuatı: Fransa qanlı müstəmləkə cinayətlərinə görə üzr istəməlidir

A- A A+

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü və Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə çıxışı Moldovanın “Noi” xəbər portalında dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, məqalədə Prezident İlham Əliyevin Fransa ilə bağlı söylədiyi fikirlər yer alıb. “Əliyev: Fransa qanlı müstəmləkə cinayətlərinə görə üzr istəməlidir”, - sərlövhəli məqalədə qeyd olunur ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə dəstəkləyib.

Məqalədə Prezident İlham Əliyevə istinadla yazılır ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. “Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”, -deyə dövlətimizin başçısının sitatına istinadla məqalədə qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: