Laçın-Xankəndi yolu: Daha 23 avtomobilin maneəsiz keçidi təmin edilib

A- A A+

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Laçından Xankəndiyə və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 23 təminat-təchizat, tibbi və minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Beləliklə, gün ərzində aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 50-yə çatıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: