TRT Haber: Zəngəzur dəhlizi addım-addım reallaşır - VİDEO
"Türkiyə ilə Azərbaycanı bir-biri ilə əlaqələndirəcək Zəngəzur dəhlizinə addım-addım yaxınlaşılır".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “TRT Haber”in saytında yer almış “Zəngəzur dəhlizi addım-addım reallaşır” sərlövhəli məqalədə bildirilib.
Yazıda xatırladılıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan 30 il işğal altında qalan torpaqlarını azad edib:
“Tarixi ərazilərdə yenidənqurma işləri həyata keçirildi, yeni yollar salındı. Mütəxəssislərin fikrincə, Zəngəzur dəhlizi kifayət qədər əhəmiyyətlidir”.
Məqalədə həmçinin bildirilib ki, Vətən müharibəsi Zəngəzur dəhlizinin açılmasına şərait yaradıb:
“Zəngəzur dəhlizinin açılması sayəsində Türkiyə ilə Azərbaycan arasında yeni kommunikasiya xətləri təmin olunacaq. Həmçinin Azərbaycan vasitəsilə Türkiyə ilə Rusiya arasında quru və dəmiryolu inşa ediləcək”.