Azərbaycanın xarici işlər naziri BMT-nin Cənub-Cənub Əməkdaşlıq İdarəsinin direktoru ilə görüşüb

A- A A+

Martın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beşinci Konfransı (LDC5) çərçivəsində BMT-nin Cənub-Cənub Əməkdaşlıq İdarəsinin direktoru Dima Əl-Xatib ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüşdə ən az inkişaf etmiş ölkələrin müxtəlif sahələrdə inkişafında texnoloji, sosial müdafiə, səhiyyə, təhsil və digər sahələrdə yardımların rolu, həmçinin bu istiqamətdə yardımların göstərilməsində əməkdaşlıq imkanları müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın ən az inkişaf etmiş ölkələrə həyata keçirdiyi yardımlar barədə ətraflı məlumat verib. Ölkəmizin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinə tələbə təqaüd proqramlarının mövcudluğu diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, ölkəmizin sülh quruculuğu addımları, Ermənistanla münasibətlərin normallaşdırılması, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, davam edən mina təhdidlərindən bəhs edib. Nazir eyni zamanda Ermənistanın təxribatları və sülh prosesinə maneələri barədə qarşı tərəfi məlumatlandırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: