Miskin və dağılmış erməni kəndləri - VİDEO - VİDEO

A- A A+

Ermənistanın sərhəd kəndlərinin son illərdə düşdüyü acınacaqlı vəziyyət əhalinin kütləvi köçü ilə müşayiət olunur.  Naxçıvanla  həmsərhəd olan kəndlər uzaqdan sanki xarabalığı xatırladır. Artıq bu kəndləri taleyin ümidinə buraxan Ermənistan hökuməti sanki onları biryolluq unudub.

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndi istiqamətində yerləşən Ermənistanın Arevis kəndi də öz acınacaqlı halı ilə bunu təsdiq edir. Kəndin küçələrindəki cığırları ot basıb.  Yolların kələ-kötür, səliqəsiz  relyefi ümumiyyətlə, bura uzun illərdir insan ayağının dəymədiyini göstərir. Təmirsiz binalar, damları uçuq  evlər, suya həsrət qalan dağılmış bulaq, yarıuçuq tikililər  Ermənistan kəndlərinin real simasına çevrilib.

İnsansız küçələrdə arada gözə dəyən köhnə, nimdaş geyimli, kasıb  ermənilərin üzlərində isə miskinlik və çarəsizlik var. Cansıxıcı Arevis kəndinin ərazisində dağılmış evlərin sayı abad binalardan  dəfələrlə çoxdur.

NUHÇIXAN Ermənistanın Arevis kəndinin  görüntülərini təqdim edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: