Özbəkistan mətbuatı Ermənistanın Azərbaycana qarşı son silahlı təxribatından yazıb

A- A A+

Özbəkistanın nüfuzlu “xabar.uz”, “daryo.uz”, “azon.uz”, “qalampir.uz” və digər portallarında Ermənistanın Azərbaycana son tərtibatından bəhs edən məqalələr dərc olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, yazılarda Azərbaycan tərəfinin Laçın yolundan yan keçməklə, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə olunaraq Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasından, bu daşımaların qarşısını alarkən Azərbaycan Ordusunun bölmələrinə atəş açılması nəticəsində yaranmış silahlı insidentdən söz açılır.

Məqalələrdə vurğulanıb ki, daşınan yüklər haqqında məlumatların dəqiqləşdirilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən qanunsuz yük daşınmasını həyata keçirən avtomobillərin saxlanılaraq yoxlanılması həyata keçirilib və nəticədə qarşı tərəfdən Azərbaycan hərbçilərinə odlu silahlardan atəş açılıb, nəticəsində hər iki tərəfdən ölən və yaralananlar olub.

Diqqətə çatdırılıb ki, üçtərəfli Bəyanata əsasən, Ermənistanı Azərbaycanın Xankəndi şəhəri ilə birləşdirən yeganə yol Laçın dəhlizidir, o da sırf humanitar məqsədlərə xidmət etməlidir. Azərbaycan da məhz bunun üçün bu yol boyu təhlükəsizliyə zəmanət verməyi öhdəsinə götürüb. Lakin Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini dayandırmır, Azərbaycan ərazisindəki erməni silahlı birləşmələrini, separatçıları qaçaqmalçılıq yolu ilə “qidalandırmağ”a davam edir.

Yazılarda eyni zamanda Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına yer verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: