Serbiyanın sabiq Prezidenti: Azərbaycanın rolu və fəaliyyəti Avropa üçün çox əhəmiyyətlidir

A- A A+

Enerji və bir çox sahələr barədə müzakirələrimiz olacaq. Bu gün enerji sahəsində Azərbaycanın çox mühüm yeri var. Azərbaycanın rolu və fəaliyyəti Avropa üçün çox əhəmiyyətlidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Serbiyanın sabiq Prezidenti Boris Tadiç X Qlobal Bakı Forumu ilə əlaqədar martın 8-də keçirilən mətbuat konfransında deyib.

Sabiq Prezident qeyd edib ki, Azərbaycanın kifayət qədər qaz resursları mövcuddur. Avropanın ehtiyac duyduğu qazın bir hissəsini Azərbaycan qarşılayır və bu ölkə bunun üçün enerji sahəsində çox mühüm əhəmiyyət kəsb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: