Nüfuzlu “China Daily” qəzeti Qoşulmama Hərəkatının Zirvə görüşündən yazır

A- A A+

Çinin nüfuzlu “China Daily” qəzeti Qoşulmama Hərəkatının Bakıda keçirilmiş COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü barədə məqalə yayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, məqalədə qeyd olunur ki, Azərbaycanın sədrlik etdiyi və 120 üzvü olan Hərəkatın Bakıdakı Zirvə görüşünə Azərbaycan Prezidenti İlham Əliyev sədrlik edib. Bildirilib ki, təxminən 70 ölkədən dövlət və hökumət başçılarının, rəsmi şəxslərin, beynəlxalq və regional təşkilatların rəhbərlərinin qatıldığı görüşün açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının pandemiyaya qarşı mübarizədəki fəaliyyətindən danışıb, beynəlxalq təhlükəsizlik arxitekturasındakı dəyişikliklər fonunda Qoşulmama Hərəkatının daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməli olduğunu deyib, habelə Azərbaycanın Hərəkatın institusional inkişafına yönəltdiyi səylərə toxunub.

Qoşulmama Hərəkatının yaranma tarixi, fəaliyyət istiqamətləri barədə arayışın da əks olunduğu məqalədə Azərbaycanın 2019-cu ildə sədrliyə seçilməsindən sonra Hərəkatın aktiv fəaliyyəti istiqamətində görülmüş işlərdən, o cümlədən üzv dövlətlərin pandemiyaya qarşı mübarizəsinə verilmiş dəstəkdən danışılıb.

Qeyd olunub ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışında hərəkata üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinin təşviqinə çağırıb.

Məqalədə bundan başqa Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradıldığı vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: