XİN: "Fərid Səfərlinin itkin düşməsi ilə bağlı araşdırma davam edir, Təbrizdəki Baş konsulluğa da məlumat verilib"

A- A A+

“İranda Fərid Səfərlinin itkin düşməsi ilə bağlı Təbrizdəki Baş Konsulluğumuza da məlumat verilib”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu  jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.

O bildirib ki, araşdırma davam edir:

“Həm Xarici İşlər Nazirliyi, həm də konsulluq bu işlə məşğuldur. Hələ ki, bir yenilik yoxdur”.

Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərli İranda itkin düşüb. Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: