Azərbaycan XİN ABŞ-ın Ermənistandakı səfirinə cavab verib

A- A A+

“Laçın yolu hər zaman normal nəqliyyat üçün açıq olub”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür:

“Şəffaflıq və təhlükəsizlik üçün sərhəd keçid məntəqəsinin yaradılması mütləqdir”.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien Laçın yolunun hərəkət üçün bağlı olduğunu iddia edib və yolun açılmasını “tələb edib”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: