ANAMA: "Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi mina terrorunun təzahürüdür"

A- A A+

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda baş vermiş mina hadisəsi ilə bağlı açıqlama verib.

Qurumun Mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə daxil olan məlumatda bildirilib ki, 2023-cü il martın 16-da Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib:

"Qadağan olunmuş əraziyə daxil olma nəticəsində baş verən mina partlayışında 1999-cu il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu həlak olub.

İşğaldan azad edilmiş ərazilərdə Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi mina terrorunun təzahürüdür. Unutmayın, məsuliyyətli və diqqətli davranaraq, baş verə biləcək mina hadisələrindən qorunmuş olarıq! ANAMA bir daha vətəndaşlara müraciət edərək icazəsiz səfərlərdən çəkinməyə çağırır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: