Yerləşmə xidmətindən istifadə edənlərin elektron qeydiyyatının aparılması Qaydası təsdiqləndi

A- A A+

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması Qaydası”nı təsdiqləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Nazirlər Kabinetinin bununla bağlı 2023-cü il 17 mart tarixli Qərarında aşağıdakı məsələlərin təmin edilməsi nəzərdə tutulur:

- yerləşmə vasitələrində qalan şəxslərin elektron qeydiyyatı həyata keçirilməklə ölkəyə gələn xarici qonaqların və yerli turistlərin dəqiq statistik hesabatlarının aparılması təmin ediləcək;

- əldə edilən məlumatlar gələcəkdə həm beynəlxalq, həm də yerli turizm bazarında turizm sahəsində daha məlumatlı qərarların qəbul edilməsinə və uzunmüddətli turizm strategiyalarının formalaşdırılmasına kömək edəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: