Avropa Şurası Konqresinin 44-cü sessiyasında Azərbaycan nümayəndə heyəti fəal iştirak edib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 44-cü sessiya mart ayının 20-24 tarixlərində Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində baş tutub. Konqresin Regionlar Palatasının iclasında çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə dekabr ayından Qarabağda Azərbaycan ekofəalları tərəfindən ölkəmizə qarşı ekosid və təbii sərvətlərin talanına qarşı keçirdikləri ekoaksiya barədə məlumat verib. Aidə Cəlilzadə həmçinin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quruculuq, “Böyük qayıdış” proqramının həyata keçirilməsindən də geniş bəhs edib.

Martın 22-də Avropa Şurası Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov sessiyada "Demokratiyanın aşağı səviyyədə yeridilməsi: Avropa Şurasının gələcəyi və Konqresin oradakı rolu. 16-17 may 2023-cü il tarixlərində İslandiyanın Reykyavik şəhərində Avropa Şurası Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşünə Konqresin töhfəsi" adlı sənədin müzakirəsinə qatılıb. O, Avropa Şurası məkanında təhdidlər, xüsusən də aqressiv separatizm və onun təhlükələri barədə danışıb. Demokratik cəmiyyətimizdə hansı təhlükələrin olduğunu diqqətə çatdıran Anar İbrahimov onu da əlavə edib ki, aqressiv separatizm cəmiyyətimiz üçün ciddi təhlükədir və bununla qəti şəkildə mübarizə aparılmalıdır. Diqqətə çatdırıb ki, Avropa Şurası bəzən fundamental dəyərlərimizi və prinsiplərimizi müdafiə etməkdə qeyri-ardıcıllıq nümayiş etdirir, lakin biz insan hüquqlarının müdafiəsinə və xalqların suverenliyinin qorunmasına sadiqliyimizi gücləndirmək üçün birlikdə çalışmalıyıq: "İllər ərzində Avropa Şurasında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanmasına məhəl qoyulmayıb. Bizim dəyərlərimiz və yanaşmalarımız universal deyildi və indi də bununla bağlı bir çox problemimiz var".

Nümayəndə heyətinin rəhbəri onu da vurğulayıb ki, biz demokratik cəmiyyətimizi daxili və ya xarici bütün təhlükələrə qarşı qorumaq üçün həmrəylik və qətiyyət göstərməliyik. Daha ədalətli və daha demokratik gələcək qurmaq üçün birlikdə çalışmalıyıq.

Qeyd edək ki, sessiya bu gün öz işini başa vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: