Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması regional sülh və inkişaf üçün vacibdir - Donfrid

A- A A+

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması regional sülh və inkişaf üçün vacibdir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı vurğulayıb.

Telefon söhbəti zamanı son vaxtlar bölgədə gərginləşən vəziyyətdən narahatlıq ifadə olunub, bütün anlaşılmazlıqların danışıqlar yolu ilə həllinə çağırış edilib. ABŞ tərəfinin prosesə dəstək verməyə hazır olduğu bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: