Azərbaycanın keçmiş işğal altında olan ərazilərində yaradılmış qondarma separatçı rejimin “nümayəndəsi” ilə qeyd edilən görüş qanunsuz rejimin təbliğatına hesablanıb və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət kimi qiymətləndirilir.
NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli medianın sualını cavablandırarkən deyib.
O bildirib ki, Fransanın rəsmi qurumları bu kimi təhrikçi və təxribatçı fəaliyyətlərə son qoymalıdır.
Azərbaycan Respublikasının qanunvericiliyi, eləcə də beynəlxalq tanınmış qaydalara və normalara uyğun olaraq, Azərbaycanın suveren ərazilərində hər hansı bir humanitar fəaliyyət Azərbaycan hökuməti ilə razılaşdırılmalı və əlaqələndirilməlidir.