Naxçıvan televiziyası (NTV) ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı növbəti videoçarxı təqdim edib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Heydər Əliyev 100: Naxçıvan 90-dan 93-ə” silsiləsində böyük şəxsiyyətin televiziyanın arxivində qorunub saxlanılan unikal kadrları yer alır.

Budəfəki videoçarxda ulu öndər Heydər Əliyev Naxçıvan Televiziyası vasitəsilə 1992-ci ilin may ayında etdiyi müraciətində erməni hərbi birləşmələrinin Sədərəyə hücumu zamanı baş vermiş hadisələr, dağıntılar, itkilər haqqında məlumat verir. Torpaqlarımızın müdafiəsi üçün görülən tədbirləri qeyd edən ümummilli lider Türkiyənin yardımlarını xüsusi qeyd edir, yaralıların Türkiyəyə müalicə üçün göndərilməsində atılan addımlardan danışır. 

Videoçarxda həmçinin dahi öndər Heydər Əliyevin 1992-ci ildə Türkiyənin Ərzurum şəhərinə səfəri, böyük izdihamla qarşılanması, Sədərək döyüşlərində yaralanmış vətəndaşlarımızla görüşləri öz əksini tapıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: