“Hraparak”: Üçtərəfli danışıqlar Teğ kəndi ilə sərhəddə baş tutub, hərbçilər arasında əlbəyaxa dava olub

A- A A+

Ermənistan-Azərbaycan tərəflərinin nümayəndələri arasında danışıqlar ötən gün Rusiyanın sülhməramlı qoşunlarının nümayəndələrinin iştirakı ilə Teğ icmasının bütün sərhəd bölgəsində baş tutub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin mənbəsinin sözlərinə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan da Zəngəzurda olub.

“Onlar azərbaycanlıları ötən gün tutduqları mövqelərdən heç olmasa “Dostluq heykəli”nin ətrafında, məlumatlara görə, ilkin razılaşmaların olduğu hissəyə qədər bir az geri çəkilməyə inandırmağa çalışıblar. Lakin danışıqlar nəticəsiz qalıb və Azərbaycan Silahlı Qüvvələri Teğ icmasından bir neçə metr aralıda yerləşən bağlarda möhkəmlənməkdə davam edir. Ümumiyyətlə, azərbaycanlılar ermənilərdən fərqli olaraq, əldə etdikləri nailiyyətlərdən heç vaxt könüllü imtina etməyiblər. Yeri gəlmişkən, mənbələrimiz bildirir ki, ötən gün erməni və azərbaycanlı hərbçilər arasında əlbəyaxa dava olub. 2020-ci ildən sonra Teğ icmasının ərazisində erməni hərbi qulluqçular yerləşdirilməyib və burada yalnız bir-iki rus sülhməramlısı yerləşdirilib. Buna baxmayaraq, ötən gündən etibarən Müdafiə Nazirliyi gecikmiş addımlar ataraq onlarla əsgəri həmin əraziyə yerləşdirib”, - deyə nəşr qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: