NDU tələbələri ümummilli liderin Azərbaycanı dünyaya tanıdan imzasını canlandırıb - VİDEO
Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev İli” çərçivəsində ulu öndərin 100 illiyinə həsr olunmuş fləş-mob təşkil edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fləş-mobda 600 tələbə iştirak edib. “İmza” layihəsi çərçivəsində ulu öndər Heydər Əliyevin eni 15 metr, uzunluğu isə 40 metrdən ibarət canlı imzası yaradılıb.