XİN: Vətən müharibəsindən sonra 288 nəfər minaya düşüb, 50-si həyatını itirib

A- A A+

Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözlər Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsindəki paylaşımda yer alıb.

“Bu gün Azərbaycanın daha bir hərbi qulluqçusu mina partlaması nəticəsində həlak olub. 2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatını itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir”, -deyə paylaşımda qeyd olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: