Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, sülhməramlılara məxsus bir minik və üç yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
Həmin avtomobillərin içərisində Qarabağda yaşayan erməni ailələri və uşaqları olub.
Bu isə bir daha onu sübut edir ki, yol humanitar məqsədlər üçün açıqdır.