Milli Məclis Fransa senatının Azərbaycana qarşı son zamanlar qəbul etdiyi qərəzli qərarlarla bağlı bəyanatın layihəsini hazırlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bəyanat parlamentin aprelin 4-də keçirilən plenar iclasında qəbul edilib.
Bəyanatın mətnini Milli Məclisin deputatı Sevil Mikayılova səsləndirib.
Milli Məclisin bəyanatı səsvermələrdən sonra qəbul edilib.
Qeyd edək ki, cari il martın 16-da Fransa Senatı növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı, beynəlxalq hüquqa zidd və hörmətsizlik ifadə edən konfrans keçirilib.