“Ən yaxşı mühəndis-istehkam bölüyü” adı uğrunda yarış keçirilir - VİDEO

A- A A+

Cari ilin döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun N hərbi hissəsində “Ən yaxşı mühəndis-istehkam bölüyü” adı uğrunda yarış keçirilir.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təsdiq olunan plana uyğun olaraq keçirilən yarışda hərbi qulluqçuların mühəndis qoşunlarının silahlandırma vasitələri və qoşun xidməti üzrə nəzəri, eləcə də onların fərdi şəkildə ixtisas bilikləri yoxlanılır.

Daha sonra istehkamçılar xüsusi təchiz edilmiş təlim meydançasında mina sahələrinin qurulması, keçidlərin açılması, minaaxtaranlar vasitəsilə mina və partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi, eləcə də mühəndis-istehkam təminatı üzrə digər tapşırıqları yerinə yetirirlər.

Qeyd edək ki, yekun nəticələrə əsasən "Ən yaxşı mühəndis-istehkam bölüyü" adına layiq görülən bölmə Quru Qoşunları üzrə keçiriləcək yarışda iştirak edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: