Avropanın ARTE televiziyası Azərbaycan neft tarixinə dair reportaj yayımlayıb

A- A A+

Avropanın ARTE telekanalı Azərbaycanın neft tarixinə dair fransız dilində reportaj yayımlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azərbaycan - Odlar və neft diyarı” adlı reportajda ölkəmizin zəngin neft və təbii qaz ehtiyatlarına sahib olduğu bildirilib. Ölkənin “Odlar Yurdu” adlandırılmasının da məhz bununla əlaqədar olduğu qeyd edilib.

Reportajda Robert Nobelin Bakıya gəlişindən, 1875-ci ildə Nobel qardaşlarının Bakıda “Nobel Qardaşları” şirkətini yaratmasından bəhs olunub. Dünyada sənaye üsulu ilə ilk neftin məhz Bakıda çıxarılması xüsusi vurğulanıb. Bundan başqa, Azərbaycan milyonçusu, mesenat, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı Hacı Zeynalabdin Tağıyevin ilk milli sənayeçilərdən biri olduğu qeyd edilib.

Eləcə də ölkəmizin qədim yaşayış məskəni olduğu vurğulanaraq, neftin hətta insanların inanclarına da təsir göstərdiyi bildirilib və zərdüştlükdən söz açılıb. Reportajda neftdən Azərbaycanda təkcə enerji kimi deyil, səhiyyədə və incəsənət sahəsində də istifadə olunduğu diqqətə çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: