NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutmaqla təxribat törədiblər.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olublar.
Qeyd edək ki, şəhid olan hərbi qulluqçularımızdan biri - Tağıyev Səbuhi Gündüz oğlu Şahbuz rayonunun Badamlı qəsəbəsindəndir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun!