Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Vidadi Zalov dəfn olunub - FOTOLAR
Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Zalov dəfn olunub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, şəhidin cənazəsi Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.