Qazaxıstan telekanalı Heydər Əliyevin xatirəsinə həsr olunmuş film hazırlayıb - VİDEO

A- A A+

Qazaxıstanın "Qazaqstan" telekanalı Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş film hazırlayıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, film müasir Azərbaycanın memarı, görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş layihə çərçivəsində hazırlanıb.

Film Qazaxıstanın və Azərbaycanın siyasətçilərinin, dövlət və ictimai xadimlərinin Heydər Əliyevlə bağlı xatirələrini əks etdirir. Çəkilişlər Astana, Aktau və Bakıda aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: