Azərbaycan D8-ə (İslam Səkkizliyi - red.) üzv olmaq üçün müraciət edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “HaberTürk” kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, bu təşkilatın yaxın zamanda D20-yə çevirilməsi vacibdir.
Çavuşoğlu həmçinin, İslam Əməkdaşlıq Təşkilatında (İƏT) da islahatların aparılmasının lazım olduğunu vurğulayıb.