Mövlud Çavuşoğlu: "Müsəlmanlar Ərdoğanın qalib gəlməsi üçün dua edirlər"

A- A A+

"Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri təkcə ölkəmiz üçün deyil, həm də regionumuz və dünya üçün əhəmiyyətlidir. Bir çox ölkə və xalqlar, o cümlədən müsəlmanlar Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi üçün dua edirlər".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada vətəndaşlarla görüşdə deyib.

O bildirib ki, Türkiyə terrorçulara qarşı mübarizəni davam etdirəcək: "Bütün terrorçular Prezident Rəcəb Tayyib Ərdoğana qarşıdırlar, onlar Kamal Kılıçdaroğlunu dəstəkləyirlər”.

M.Çavuşoğlunun sözlərinə görə, Ukraynadakı müharibədə R.T.Ərdoğandan başqa sülh üçün çalışan lider yoxdur: “Prezidentimiz olmasa idi, “Taxıl sazişi” imzalana bilərdimi? Yaxud, əsir mübadiləsi həyata keçə bilərdimi?”.

Nazir qeyd edib ki, gərginlik təkcə Ukrayna məsələsi ilə bitmir: “Dünyadakı toqquşmaların 60 faizi bizim regiondadır. Ona görə də güclü olmağa məcburuq”.

M.Çavuşoğlunun sözlərinə görə, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında bir çox dünya dövlətləri iştirak edirlər: "Çünki biz də vaxtı ilə onlara dəstək olmuşuq".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: