Prezidentin Salyanda Azərbaycan Televiziyasına müsahibəsi Gürcüstan mediasının diqqət mərkəzində olub

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibədəki fikirləri Gürcüstan mediasının diqqət mərkəzində olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “qafqazturk.com”, “24news.ge” və “aktual.ge”, “interpress.ge” informasiya portalları Azərbaycan Prezidentinin müsahibəsindən materiallar yayıblar.

Azərbaycan Prezidentinin bu gün Qarabağda Azərbaycan bayrağının dalğalanması barədə fikirləri, eləcə də Ermənistanda Azərbaycan bayrağının yandırılmasına bildirdiyi münasibət, separatçılara xəbərdarlığı barədə fikirlər oxucuların diqqətinə çatdırılıb.

Materiallarda eyni zamanda Azərbaycan Prezidentinin Ermənistana xəbərdarlığı barədə məlumat verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: