Sudan ordusu cümə günü ölkədə üç gün müddətində atəşkəsə razılıq verdiyini açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Əl-Hədath telekanalına Sudan ordusunun nümayəndəsi bildirib.
O qeyd edib ki, ordu üsyançıların da atəşkəsə əməl edəcəyinə və hərbi əməliyyatları dayandıracağına ümid bəsləyir.
Cümə axşamı axşam beynəlxalq vasitəçilərin səyi nəticəsində Ramazan bayramında üsyançılarla Sudan ordusu arasında atəşkəslə bağlı razılıq əldə olunub.