Reyçel Avraham: “İsrail hər zaman türk dövlətləri ilə müsbət münasibətlərə can atıb”

A- A A+

“İsrail hər zaman Azərbaycan daxil olmaqla, türk dövlətləri ilə müsbət münasibətlərə can atıb”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsraildə fəaliyyət göstərən İqtisadiyyat dünyası mərkəzinin redaktoru, politoloq Reyçel Avraham bildirib.

O qeyd edib ki, bu arzu reallığa çevrilib, çünki İsrailin Azərbaycan, Özbəkistan, indi isə Türkmənistanla əla münasibətləri var: “İsrailin Türkiyə ilə barışığı da mühüm məsələdir”.

“İsrailin Türkmənistanda səfirliyinin açılması isə yəhudi dövlətinin digər türk ölkələri ilə münasibətlərinin möhkəmlənməsinə dair daha bir işarədir”, - o vurğulayıb.

R.Avrahamın sözlərinə görə, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılmasından sonra ölkələr arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, energetika, turizm, təhsil, mədəniyyət və s. sahələrdə fəal əməkdaşlıq gözlənilir.

Ekspertin fikrincə, Azərbaycan və İsrail bütün təhdidlərə qarşı dayanmaq üçün təhlükəsizlik sahəsində misli görünməmiş səviyyədə əməkdaşlıq edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: