Laçın yolunda sərhəd təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Hökumətinin legitim hüququdur

A- A A+

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Laçın-Xankəndi yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ilə bağlı sosial şəbəkələrdə verdiyi açıqlama qəbuledilməzdir. Bu, Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir, bölgədə sülh və əmin-amanlığa töhfə vermir.

Ermənistan rəsmiləri, həmçinin parlamentin spikeri açıqlama və bəyanatlarında beynəlxalq birliyi Azərbaycana qarşı qarayaxma kampaniyasına alət etmək, o cümlədən bu məqsədlə Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarını təhrif etmək cəhdlərindən çəkinməlidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Milli Məclisin mətbuat xidmətinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi haqqında bəyanatı ilə bağlı mətbuata açıqlamasında qeyd edilib.

Açıqlamada, həmçinin deyilir: “Vurğulamaq lazımdır ki, sərhəd təhlükəsizliyinin, o cümlədən hərəkətin təhlükəsizliyinin təmin edilməsi milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Laçın yolunda sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin qarşısının alınması, sərhəd təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Hökumətinin legitim hüququdur. Azərbaycan Hökumətinin bu qərarı da qanunsuz hərəkətin qarşısını almaq, ölkə ərazisinə nizamlı giriş-çıxışı təşviq etmək məqsədinə xidmət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: