Zahid Oruc: Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması ermənilərin qanunsuz fəaliyyətinə son qoyacaq
Ermənistan Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulmasını “qanunsuz” adlandırır. Amma Ermənistan öz ərazisində Avropa İttifaqının missiyasının, Rusiyanın hərbi bazasının olmasına nəzər salmalıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri parlamentin aprelin 25-də keçirilən plenar iclasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib.
O bildirib ki, Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması ermənilərin qanunsuz fəaliyyətinə son qoyacaq.