Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsində Azərbaycan bayrağı qaldırılıb - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Dövlət Himninin sədaları altında qaldırılan Azərbaycan bayrağı artıq sözügedən ərazidə dalğalanmaqdadır.
NUHÇIXAN İnformasiya Agentliyi bayraq qaldırma mərasimi ilə bağlı videomaterialı təqdim edir: