Zaxarova: “Rusiya Ermənistanın qarşılıqlı məqbul həll yollarının axtarışına töhfə verməsini vacib hesab edir”

A- A A+

“Biz rəsmi İrəvanın qarşılıqlı məqbul həll yollarının axtarışına töhfə verməsini prinsipial olaraq vacib hesab edirik”.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, hazırda rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq normallaşdırılması üçün həm Rusiya sülhməramlı kontingenti xətti, həm də siyasi xətt vasitəsilə lazımi səylər davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: