Postmünaqişə normallaşma mərhələsi ilə bağlı Azərbaycanla Fransa arasında bir sıra fikir ayrılıqları olub - Ceyhun Bayramov

A- A A+

Azərbaycan və Fransa arasında geniş əhatəliliyə baxsaq, burada həm sosial, humanitar, mədəniyyət, təhsil, elm, texnologiya və bir sıra digər sahələrdə birgə fəaliyyət, qarşılıqlı faydalı əməkdaşlıq müşahidə olunub. Bu müddət ərzində ölkələrimiz arasında parlamentlərarası əlaqələr mövcud olub, dostluq qrupları fəaliyyət göstərib, ölkələrimiz arasında qarşılıqlı çoxmilyardlı həcmdə investisiyalar edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə keçirdiyi mətbuat kobnfransında bildirib.

“Eyni zamanda biz səmimi şəkildə qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan öz Konstitusiyasına, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və legitim hüquqa əsasən öz torpaqlarını azad etdikdən sonra Ermənistan-Azərbaycan postmünaqişə normallaşma mərhələsi ilə bağlı, yumşaq desək, bizim ölkələrimiz arasında bir sıra fikir ayrılıqları mövcud olub. Son iki il yarımlıq bir müddəti siyasi gündəlik baxımından dəyərləndirsək, bu, hansısa yeni siyasi təmasların, layihələrin, inkişafın deyil, hansısa qarşılıqlı diplomatik debatlar, fikir ayrılıqlarının nümayiş etdirilməsi fonunda keçib”, - deyə nazir qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: