Mən həmkarıma Azərbaycanın postmünaqişə dövrünə baxışlarını çatdırdım. Eyni zamanda postmünaqişə dövrünün mərhələləri və aspektləri barədə məlumat verdim.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə keçirdiyi mətbuat kobnfransında bildirib.
O qeyd edib ki, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyinə görə ötən ilin noyabrından etibarən tərəflər arasında görüşlər baş tutmayıb. Tərəfdaşların çoxsaylı təkidləri və çıxışlarından sonra yaxın zamanda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir.