Ketrin Kolonna: "Azərbaycan tarixində ağır yol keçib və bunu görmüşük"

A- A A+

Azərbaycan və Fransa tarixi tərəfdaşlardır. Biz Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdənik. Azərbaycan öz tarixində ağır yol keçib və bunu görmüşük.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdikləri birgə mətbuat konfransında bildirib.

O bildirib ki, Birinci Qarabağ müharibəsində xeyli ölən və yaralanan olub, bu, olduqca təəssüflüdür. “Biz minadan təmizlənmə işlərinə dəstəyimizi vermişik və bu məsələnin həlli insan həyatını qorumuş olar. Fransa Azərbaycana minadan təmizlənməyə görə yarım milyon avro həcmində yardım edib. Minalara görə qurbanlar olub, ümid edirik ki, bundan sonra bu, daha davam etməyəcək”, - deyə Ketrin Kolonna bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: