Ceyhun Bayramov: "Laçın yolu açıqdır və bundan sonra da açıq olacaq"

A- A A+

Bütün xəbərdarlıqlara baxmayaraq, Ermənistan imzaladığı sənədlərə əməl etməyib. Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə Laçın yolu üzərindən şəffaf rejimin təmin edilməsi, o cümlədən nəzarət-buraxılış məntəqəsinin Ermənistanla paralel olaraq həyata keçirilməsi təklif olunmuşdu. Bu təkliflər Ermənistan tərəfindən qəbul olunmayıb. Belə olan təqdirdə, Laçın yolu üzərində şəffaf rejimin təmin olunması üçün aprelin 23-də Azərbaycan nəzarət-buraxılış məntəqəsi qurdu.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, 2020-ci il üçtərəfli Bəyanata əsasən, Laçın yolu üç məqsədlə istifadə oluna bilər. Yoldan vətəndaşların, yüklərin və nəqliyyat vasitələrinin keçidi nəzərdə tutulub. Laçın yolu bu məqsədlər üçün açıqdır və bundan sonra da açıq olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: