Nazir: "ABŞ-nin təşəbbüsü nəticəsində Ermənistan yenidən danışıqlara qayıdır"

A- A A+

Azərbaycan sülh müqaviləsinə inanmasaydı, sülhün təşəbbüskarı olmazdı. Prezident İlham Əliyev keçmiş münaqişənin üzərindən keçərək 2021-ci ildə sülh müqaviləsinin imzalanmasının vacibliyini səsləndirmişdi. Sülh müqaviləsi üçün təkliflər də Azərbaycan tərəfindən edilmişdi.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə keçirdiyi mətbuat konfransında bildirib.

Ceyhun Bayramov deyib: “2022-ci ilin fevralında 5 məlum baza prinsipi hazırlandı, ötən ilin oktyabr ayında sülh müqaviləsinin ilk layihəsi Ermənistana təqdim edildi. ABŞ-nin təşəbbüsü nəticəsində Ermənistan yenidən danışıqlara qayıdır. Biz bu prosesi dəstəkləyirik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: